AZ

Londonda Beynəlxalq Ana Dili Gününə həsr olunan tədbir keçirilib (FOTO)

Bakı. Trend:

İngiltərənin paytaxtı Londonda yerləşən Britaniya MilliKitabxanasında “21 Fevral - Beynəlxalq Ana Dili Günü”nə həsr olunantədbir keçirilib. Tədbir Britaniya Azərbaycanlıları Cəmiyyəti vəcəmiyyətin nəzdində fəaliyyət göstərən Qarabağ Məktəbinin birgətəşkilatçılığı, Azərbaycan Respublikasının Diasporla İş üzrə DövlətKomitəsinin dəstəyi ilə baş tutub.

Trend xəbər verir ki, bubarədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Açılış nitqi ilə çıxış edən məktəbin rəhbəri Fəridə Pənahovatədbirin əsas məqsədinin Azərbaycan dilinin, milli kimliyin vəmədəni irsin qorunması və təbliğinə töhfə vermək olduğunu bildirib.O həmçinin tədbirin təşkilinə və Qarabağ məktəbinin fəaliyyətinəgöstərilən dəstəyə görə komitəyə təşəkkür edib.

Qarabağ Məktəbinin Azərbaycan dili müəllimi və “Bülbül” ana dilikitabının müəllifi Emiliya Cəbrayılova çıxışında ana dilininuşaqların intellektual inkişafında, milli kimliyininformalaşmasında və tarixi kökləri ilə bağlılığınınmöhkəmləndirilməsində mühüm rol oynadığını vurğulayıb.

Valideynlər-Ləman Ağası, İlahə Ocal, Ceyran Şirinova və ÜlviyyəTağızadə övladlarına ana dilinin öyrədilməsinin və ailə daxilindəmilli-mədəni dəyərlərin qorunmasının vacibliyini qeyd ediblər.

Tədbirdə Azərbaycan Respublikasının Böyük Britaniya və Şimaliİrlandiya Birləşmiş Krallığındakı Səfirliyinin birinci katibi EltayAslanov da iştirak edib. O bu cür təşəbbüslərin xüsusi əhəmiyyətdaşıdığını söyləyib, ana dilinin milli kimliyin qorunmasında mühümrol oynadığını vurğulayıb.

Tədbir çərçivəsində uşaqlara “Azərbaycan” sözünü eşitdikdə nəyixatırladıqları barədə sual ünvanlanıb. Uşaqlar bu suala qürurlaAzərbaycan bayrağı cavabını veriblər. Daha sonra şagirdlər Dövlətbayrağımızın rəsmini çəkiblər, “Bülbül” kitabının “Özün rənglə”bölməsində milli ornamentlərimizin şəkli olan səhifələrirəngləyiblər. Onlar, həmçinin Azərbaycan dilində şeirlər vəmahnılar səsləndirib, “Tərəkəmə” rəqsini ifa edib, “Tıq tıq xanım”animasiya filmini izləyiblər. Sonda komitə adından “Bülbül”kitabının 20 nüsxəsi uşaqlara hədiyyə edilib.

Tədbirə Oksford, Kembric və Mançester şəhərlərindən QarabağMəktəbində təhsil alan şagirdlərin ailələri də qatılıb. Əsasənonlayn dərslərdə iştirak edən uşaqlar üçün canlı görüş xüsusiəhəmiyyət daşıyıb. Tədbir həm şagirdlər, həm də valideynlər üçünyaddaqalan anlarla zəngin olub, qarşılıqlı ünsiyyət və tanışlıqbaxımından mühüm rol oynayıb. Təşkilatçılar bu cür təşəbbüsləringələcəkdə də davam etdiriləcəyini bildiriblər.

Qeyd edək ki, Britaniya Azərbaycanlıları Cəmiyyətinin (BAC)2021-ci ilin sentyabrında təsis etdiyi onlayn Qarabağ məktəbiDiasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə fəaliyyətgöstərir. Məktəb Azərbaycan dilinin, mədəniyyətinin və milliirsinin xaricdə yaşayan azərbaycanlı uşaqlara aşılanması, eynizamanda bu dəyərlərin beynəlxalq aləmdə tanıdılması istiqamətindəmühüm töhfə verir.

Londonda
Londonda
Londonda
Londonda
Londonda
Seçilən
53
25
az.trend.az

10Mənbələr