AZ

"Real"ın futbolçusu zədə səbəbindən 2 aya yaxın yaşıl meydanlardan kənar qalacaq

İspaniyanın "Real" klubunun yarımmüdafiəçisi Cud Bellinqem ciddi zədə alıb.

"Far.Az" "The Athletic" nəşrinə istinadən xəbər verir ki, 22 yaşlı ingilis futbolçu 6-8 həftə müddətində yaşıl meydanlardan kənarda qalacaq.

Bellinqem La Liqanın XXII turunda "Rayo Valyekano"ya qarşı keçirilən və Madrid təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatan görüşdə əzələsindən zədələnib.

Klubun tibbi heyəti futbolçunun vəziyyətini nəzarətdə saxlayır və onun təxminən iki aya yaxın müddətdə komandaya kömək edə bilməyəcəyi bildirilir.

Seçilən
59
2
far.az

6Mənbələr