AZ

Həbib Rusiyadan çıxdı: bu ölkədəki biznesindən milyonlar qazanır

Həbib Nurməhəmmədov Rusiyadakı bütün biznes layihələrindən çıxaraq investisiya istiqamətini Birləşmiş Ərəb Əmirliyinə (BƏƏ) yönəldib. UFC-nin sabiq çempionu fəaliyyətini əsasən xaricdə davam etdirir və illik gəlirinin təxminən 50 milyon dollar olduğu bildirilir.

Ölkə.Az xarici mediaya istinadən xəbər verir ki, o, ötən il fərdi sahibkar (İP) kimi fəaliyyətini dayandırıb, vergi borclarını bağlayıb, bloklanmış hesablarını açdırıb və Rusiya aktivlərindən çıxış prosesini sürətləndirib. Daha əvvəl vergi hesabatlılığında pozuntularla bağlı problemlər yaşandığı qeyd olunur.

2021-ci ildən etibarən Həbib “Rossi” fondundan və öz adını daşıyan xeyriyyə təşkilatından ayrılıb. “Hikmit Travel” turizm şirkəti 2022-ci ilin noyabrında ləğv edilib. “Sildi” geyim brendi qardaşının adına keçirilib, “Birinci Mobil” provayderinin təsisçiləri sırasından da çıxıb.

Onun döyüş klubu "Eagles" isə 2018-ci ildə 2,5 milyard rubl mənimsəmə və mütəşəkkil cinayətkar qrup yaratmaq ittihamı ilə məhkum olunmuş Ziyavudin Maqomedova verilib. Klubun 16 bank hesabının bloklandığı, əksərinin vergi pozuntuları ilə əlaqəli olduğu bildirilir.

Buna qarşılıq, BƏƏ-də biznes fəaliyyəti genişlənir. Reyestr məlumatlarına əsasən, Həbib illik təxminən 6 milyon dollar royalti gəliri gətirən "KHABIB GYM" şəbəkəsini yaradıb. O, həmçinin 1 milyon dollara "Gorilla FC" turnirini alaraq adını "Eagle FC" olaraq dəyişib. Ümumilikdə, onun Əmirliklərdə illik gəlirinin 46 milyon dollar civarında olduğu qiymətləndirilir.

Ölkə.Az

Seçilən
65
1
olke.az

2Mənbələr