AZ

"Fənərbaxça"nın ulduzuna böyük təklif

"Vilyarreal" "Fənərbaxça"nın futbolçusu Marko Asensionun xidmətində maraqlıdır. Metbuat.az xəbər verir ki, İspaniya klubu transferi mövsümün sonunda reallaşdıra bilər. "Fichajes"də yer alan xəbərə görə, "Vilyarreal" Asensio üçün 15 milyon avro ödəməyə hazırdır. Məlumata görə, Türkiyə nəhəngi Marko Asensionu mövsümün əvvəlində 7,5 milyon avroya transfer edib. Xəbərdə həmçinin vurğulanıb ki, "Fənərbaxça" Asensionu buraxmaq niyyətində deyil və ispan ulduzu komandanın əsas oyunçusu kimi hesab edir.

Buna görə də, "Fənərbaxça"nın futbolçu üçün 20 milyon avro tələb edə biləcəyi irəli sürülüb.

Seçilən
99
metbuat.az

1Mənbələr