AZ

Rəsədxana: G1 səviyyəli geomaqnit qasırğası gözlənilir

Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.

Rəsədxanadan AZƏRTAC-a bildirilib ki, Günəşin fəallığı zəifləyib. Alışmaların əsas hissəsi 4366 ləkə regionunda qeydə alınıb. Maksimal alışma M2.8 sinifli olub, R1 səviyyəli radiorabitə fasilələri müşahidə edilib. Günəş səthində 5 ləkə qrupunda ümumilikdə 65 ləkə və tac dəliyi qeydə alınıb.

Hesabat dövründə 2 MeV-dən yüksəkenerjili elektron seli əsasən yüksək səviyyədə olub, maksimal göstərici 1894 pfu qeydə alınıb. 10 MeV-dən yuxarı proton seli fon səviyyəsində qalıb.

Günəş küləyinin sürəti müsbət qütblü tac dəliyi axınlarının təsiri ilə arta bilər.

Bu gün və ya sabah G1 səviyyəli geomaqnit qasırğası gözlənilir.

Seçilən
30
3
azerbaijan-news.az

4Mənbələr