AZ

“ABŞ İran ətrafına uzun müddətli hərbi əməliyyatlar üçün qoşunlarını toplayır” ŞƏRH

ain.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.

“Cenevrədə keçiriləcək ABŞ -İran danışıqlarının müsbət nəticə verməsi gözlənilmir. İran prezidenti danışıqlarda və razılığın əldə edilməsində maraqlıdır. Amma, Ali dini rəhbər və SEPAH öz mövqeyindən geri çəkilmir. Həm ABŞ həm də, İran danışıqların nəticə verməyəcəyinin fərqindədir”.

Gununsesi.info bildirir ki, bunu siyasi şərhçi Məhəmməd Əsədullazadə deyib:

“Məhz buna görə ABŞ İran ətrafına uzun müddətli hərbi əməliyyatlar üçün qoşunlarını toplayır. İranda vaxt qazanaraq Çindən havadan müdafiə sistemləri və müasir qırıcılar alır. Hər iki tərəf danışıqlar aparsa da, müharibəyə hazırlaşır.

İranda siyasi sistemin dəyişməsi polimikatı. İran şahının oğlunun hakimiyyətə gəlməsi mümkün deyil. Sadəcə ABŞ və İsrail ondan İran rejiminə qarşı siyasi və psixoloji təzyiq kimi istifadə edir. İran hakimiyyətidə bilir ki, R. Pəhləvini İran xalqı qəbul etməz. İran xalqı bir rejimdən qurtarıb, digər rejimə keçməz.

Qeyd edim ki, ABŞ İranla müəyyən şərtlərlə razılığa gedə bilər. Amma, İsrail faktoru D. Trampı çətin vəziyyətə salır”.

Şəbnəm

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
62
6
icma.az

8Mənbələr