AZ

İrəvan onu Bakıya səfir göndərir? – Özü danışdı

Erməni ekspert Areq Koçinyan gələcəkdə Ermənistanın Azərbaycandakı səfiri olmaq ehtimalından danışıb.

jurnalist Koçinyanın belə bir məsuliyyəti üzərinə götürməyə hazır olub-olmadığını soruşub.

Koçinyan cavabında diplomatik karyera ilə bağlı mövqeyinin dəyişmədiyini vurğulayıb. O bildirib ki, akademiyanı bitirdikdən sonra artıq bir dəfə diplomatik fəaliyyətdən imtina edib və bu qərarını yenidən nəzərdən keçirməyi düşünmür.

“Mən diplomat olmaq istəmirəm”, – Koçinyan qeyd edib.

Qeyd edək ki, erməni mediasında Koçinyanın Bakıya səfərindən sonra onun gələcəkdə Ermənistanın Azərbaycandakı səfiri ola biləcəyi haqda fikirlər yazılıb.

Globalinfo.az

Seçilən
23
1
editor.az

2Mənbələr