AZ

Anar Məmmədov şəhid Ruslan Şahbazovun ailəsi ilə görüşdü Fotolar

ain.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Milli Məclisin deputatı Anar Məmmədov Tərtər rayonu Ələsgərli kəndində Vətən müharibəsi şəhidi Şahbazov Ruslan Mahir oğlunun ailəsini ziyarət edib, ailənin qayğıları ilə maraqlanıb.

“Qafqazinfo” xəbər verir ki, ziyarətdə YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, Tərtər Rayon İcra Hakimiyyəti başçısının Aparatının əməkdaşları, rayonun baş axundu, şəhid ailələrinin üzvləri və qazilər iştirak edib. 

Ziyarət zamanı şəhidin keçdiyi şərəfli döyüş yolundan bəhs edilib, onun xatirəsi ehtiramla yad olunub. Anar Məmmədov qeyd edib ki, Ruslan Şahbazov kimi qəhrəmanların sayəsində torpaqlarımız işğaldan azad olunub və bu gün onların xatirəsini yaşatmaq hər bir azərbaycanlının mənəvi borcudur. Deputat vurğulayıb ki, şəhid ailələri və qazilərin problemlərinin həlli, onlara sosial dəstəyin göstərilməsi Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən prioritet istiqamət kimi müəyyən edilib.

Şəhidin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Ruslan Şahbazov Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə “Azərbaycan bayrağı” ordeni, “Suqovuşanın azad olunmasına görə”, “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə” “Azərbaycan Ordusunun 100 illiyi” medalları ilə təltif olunub. Şəhidin ailəsi yeni tikilmiş fərdi evlə təmin olunub, doğulub boya-başa çatdığı kənddə adına bulaq inşa edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
73
1
qafqazinfo.az

2Mənbələr