AZ

Anar Məmmədov şəhid Ruslan Şahbazovun ailəsi ilə görüşüb

Milli Məclisin deputatı Anar Məmmədov Tərtər rayonu Ələsgərli kəndində Vətən Müharibəsi şəhidi Şahbazov Ruslan Mahir oğlunun ailəsini ziyarət edib, ailənin qayğıları ilə maraqlanıb.

“İki sahil” xəbər verir ki, ziyarətdə YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, Tərtər Rayon İcra Hakimiyyəti başçısının aparatının əməkdaşları, rayonun baş axundu, şəhid ailələrinin üzvləri və qazilər iştirak edib.

Ziyarət zamanı şəhidin keçdiyi şərəfli döyüş yolundan bəhs edilib, onun xatirəsi ehtiramla yad olunub. Anar Məmmədov qeyd edib ki, Ruslan Şahbazov kimi qəhrəmanların sayəsində torpaqlarımız işğaldan azad olunub və bu gün onların xatirəsini yaşatmaq hər bir azərbaycanlının mənəvi borcudur. Deputat vurğulayıb ki, şəhid ailələri və qazilərin problemlərinin həlli, onlara sosial dəstəyin göstərilməsi Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən prioritet istiqamət kimi müəyyən edilib.

Şəhidin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Ruslan Şahbazov Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə “Azərbaycan bayrağı” ordeni, “Suqovuşanın azad olunmasına görə”, “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə” “Azərbaycan Ordusunun 100 illiyi” medalları ilə təltif olunub. Şəhidin ailəsi yeni tikilmiş fərdi evlə təmin olunub, doğulub boya-başa çatdığı kənddə adına bulaq inşa edilib.

Seçilən
83
1
ikisahil.az

2Mənbələr