AZ

Andrey Babiş Bakıya gəlir

Çexiyanın Baş naziri Andrey Babiş apreldə Bakıya səfər etməyi planlaşdırır.

Aktual.az xəbər verir ki, bu barədə Report-a Çexiyanın Azərbaycandakı səfirliyindən bildirilib.

"Aprelin sonunda Baş nazirin Bakıya səfəri gözlənilir", - səfirlikdən qeyd ediblər.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev və Çexiyanın Baş naziri Andrey Babiş yanvarda Davos İqtisadi Forumunda görüş zamanı qarşılıqlı səfərlər barədə dəvət mübadiləsi aparıblar.

Seçilən
66
4
ulusum.az

5Mənbələr