İsrailli prodüser və "Tehran" serialına görə "Emmi" mükafatı qazanan Dana Eden Yunanıstanın paytaxtı Afinada hoteldə ölü tapılıb.
Publika.az xəbər verir ki, bu barədə İsrail dövlət televiziyası KAN məlumat yayıb.
Bildirilib ki, 52 yaşlı Eden çəkiliş üçün qaldığı Afinadakı hoteldə ölü tapılıb. Məlumata görə, onun boynunda və əllərində şübhəli izlər olub. Ölüm səbəbinin müəyyən edilməsi üçün Edenin meyitinin yarılmaya göndərildiyi qeyd olunub.
Edenə məxsus "Dana and Shula Productions" şirkəti yaydığı açıqlamada ölümün cinayət və ya siyasi motivli olması barədə şayiələri təkzib edib.