AZ

​“Qalatasaray” italyanların yuxusunu qaçırıb

Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək “Qalatasaray” - “Yuventus” matçına maraq böyükdür.
Metbuat.az xəbər verir ki, İtaliya mediası sabah İstanbulda baş tutacaq matça geniş yer ayırıb.İtalyanlar “Yuventus”un baş məşqçisi Luçiano Spallettinin işinin çətin olduğunu iddia ediblər. İtaliyanın məşhur futbol mütəxəssisləri İstanbul klubunun "Yuventus"a acı sürpriz yaşadacağını istisna etməyiblər. İtaliya mediasında “Osimenin silueti Spallettinin yuxularını qaçırır” başlıqlı yazı dərc olunub. Müəllif sarı-qırmızılı klubun nigeriyalı hücumçusu Viktor Osimeni “təhlükəli silah” adlandırıb. O, qaradərili hücumçunun gücünü doğru qiymətləndirməyə və onu dayandırmaq üçün xüsusi taktiki planlar hazırlamağa çağırış edib.

İtaliya mediası həmçinin Mauro İkardi faktorunu da diqqətdən kənarda saxlamayıb. Yerli KİV qeyd edib ki, səhlənkarlıq “Yuventus”un Çempionlar Liqası ilə bağlı iddialarının İstanbulda dəfn edilməsi ilə nəticələnə bilər.

Seçilən
48
metbuat.az

1Mənbələr