AFFA-nın baş katibinin müavini Elçin Məmmədov UEFA-dan yeni təyinat alıb.

Offsideplus.az xəbər verir ki, o, Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində baş tutacaq "Qalatasaray" – "Yuventus"  qarşılaşmasında UEFA-nın matç direktoru (UEFA Venue Director) vəzifəsini icra edəcək.

Bu təyinatla bağlı məlumatı AFFA-nın rəsmi saytı paylaşıb.

Qeyd edək ki, sözügedən görüş sabah - fevralın 17-də "Ali Sami Yen" stadionunda keçiriləcək.