AZ

Vüqar Qurbanovu vəzifəsindən onlar azad etdi

Xəbər verdiyimiz kimi, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsin Müşahidə Şurasının qərarı ilə Vüqar Cavanşir oğlu Qurbanov TƏBİB-in İcraçı direktoru vəzifəsindən azad edilib. Müşahidə Şurasının digər qərarı ilə TƏBİB-in İcraçı direktoru vəzifəsinin müvəqqəti icrası Anar İsrafilova həvalə edilib.

Bizim.Media xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin 13 may 2022-ci il tarixli Fərmanına əsasən, TƏBİB-in fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi sədrdən və digər 4 üzvdən ibarət Müşahidə Şurası həyata keçirir.
 

MÖVZU İLƏ BAĞLI:

TƏBİB sədri Vüqar Qurbanov vəzifəsindən AZAD EDİLDİ


TƏBİB-in Müşahidə Şurasının sədri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri olan Zaur Əliyevdir. 

Şuranın digər üzvləri isə aşağıdakı vəzifələri tutur:

- Azərbaycan Respublikası səhiyyə nazirinin müavini;

- İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini;

- Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini;

- Səhiyyə İşçiləri Həmkarlar İttifaqının sədri.

Qeyd edək ki, Xatırladaq ki, Vüqar Qurbanov 2021-2022-ci illərdə TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edib. 8 sentyabr 2022-ci ildən isə TƏBİB-in icraçı direktoru təyin edilmişdi.

Bizim.Media

Seçilən
64
12
bizim.media

10Mənbələr