AZ

Volkswagen 2028 ci ilin sonuna qədər xərcləri 20% azaltmağı planlaşdırır

ain.az bildirir, Marja.az saytına əsaslanaraq.

Avtomobil konserni Volkswagen (VW) 2028-ci ilin sonuna qədər bütün brendlər üzrə xərcləri 20% azaltmağı planlaşdırır.

Marja xəbər verir ki, bu barədə Almaniyanın biznes jurnalı "Manager Magazin" məlumat yayıb.

Nəşrin qeydinə görə, VW-nin baş icraçı direktoru Oliver Blyume və maliyyə direktoru Arno Antlits yanvarın ortalarında Berlində avtomobil konserninin top-menecerləri ilə keçirilən qapalı iclasda genişmiqyaslı qənaət planını təqdim ediblər.

Xərclərin azaldılması proqramı, istehsalçının Çində biznesinin zəifləməsi, ABŞ-da idxal rüsumlarının artması və qlobal rəqabətin sərtləşməsi şəraitində VW-ni dayanıqlı rentabelliyə qaytarmağı hədəfləyir.

Nəşrin məlumatına görə, VW-nin xərclərə necə qənaət edəcəyi barədə konkret informasiya yoxdur, lakin müəssisələrin bağlanması ehtimalının nəzərdən keçirildiyi bildirilir.

VW artıq 3 il əvvəl bütün brendlər və bölmələr üzrə biznesin yenidən təşkili proqramına start verib. Bu müddət ərzində avtomobil konserni illik xərclər üzrə ümumi məbləği on milyardlarla avro ilə ifadə olunan qənaətə nail olub. Bu barədə "Reuters" VW nümayəndəsinə istinadən xəbər yayıb. Onun sözlərinə görə, bu, şirkətə, məsələn, ABŞ rüsumlarının artırılmasının nəticələrinin öhdəsindən gəlməyə kömək edib.

Mənbə qeyd edib ki, Oliver Blyume şirkətin ortamüddətli planlarını 10 mart tarixində VW-nin illik hesabatının təqdimatından sonra keçiriləcək mətbuat konfransında açıqlayacaq.

Volkswagen səhmləri bazar ertəsi keçirilən hərraclarda 0,3% bahalaşıb. Son 12 ay ərzində isə onların dəyəri 1% azalıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
74
1
marja.az

2Mənbələr