AZ

Moskva prospektində avtomobillərin hərəkət trayektoriyası dəyişdirilir

Bakı.Trend:

“Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturununtəkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”çərçivəsində Moskva prospektinin "Şamaxinka" adlanan yol sahəsindəhərəkətin təşkilində dəyişikliklər edilir.

Trend xəbərverir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA)məlumat yayıb.

Bildirilir ki, icra olunan layihəyə əsasən, dəyişiklikdən öncəkihərəkət trayektoriyaları nəzərə alınaraq Asif Məhərrəmov küçəsindəngələn nəqliyyat vasitələri sola – 20 Yanvar küçəsi istiqamətindədönərkən əvvəlki qaydada deyil, həmin küçənin paralel hissəsi iləMoskva prospektinə çıxa biləcəklər.

Əlavə olaraq 4-cü mikrorayondan Moskva prospekti istiqamətindəgələn nəqliyyat vasitələrinin də öncəki trayektoriya ilə deyil,yeni qayda ilə hərəkəti təmin olunacaq.

Eyni qaydada, Asif Məhərrəmov küçəsinin əks istiqaməti iləhərəkət edən nəqliyyat vasitələri xüsusi təhlükəsizlik adacığı iləayrılmış zolaq vasitəsilə 20 Yanvar küçəsinin paralel hissəsinəyönləndiriləcək və bu kəsişmədə həm 4-cü mikrorayon istiqamətində,həm də düzünə hərəkətlərini davam etdirə biləcəklər.

Bundan başqa, Moskva prospektinin 20 Yanvar küçəsi iləkəsişmələrində, həmçinin bu kəsişmələrin yaxınlığında yerləşəngeriyədönmə yerində hərəkət növbəliliyi işıqforlatənzimlənəcək.

Dəyişikliklər barədə videonu təqdim edirik:

https://www.youtube.com/watch?v=_QqKi2536cE

Məqalədə:
Seçilən
32
18
az.trend.az

10Mənbələr