AZ

"Barselona"dan "Real"a keçə bilər

style='margin-bottom:10px;'>

"Barselona"nın müdafiəçisi Jül Kunde yay transfer pəncərəsi zamanı klubunu dəyişə bilər.

QOL.az xəbər verir ki, bu haqda İspaniya mətbuatı məlumat yayıb.

"Real" 27 yaşlı oyunçu ilə aktiv maraqlanır.

"Barselona" isə Kundeni toxunulmaz hesab edir, lakin klub 60-80 milyon avroluq təklif alsa,transferi nəzərdən keçirməyə hazırdır. Müdafiəçi ilə "Çelsi" də maraqlanır. Koundenin "Barselona" ilə hazırkı müqaviləsi 2030-cu ilə qədərdir.

Bu mövsüm o, Kataloniya təmsilçisinin heyətində bütün yarışlarda 36 oyun keçirib, 3 qol vurub və 2 məhsuldar ötürmə edib.

Seçilən
32
1
teleqraf.com

2Mənbələr