AZ

TƏBİB-in icraçı direktoru işdən çıxarıldı -

TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov vəzifəsindən çıxarılıb.Metbuat.az bakupost.az-a istinadən xəbər verir ki, sədrin səlahiyyətlərinin icrası qurumun müavini Anar İsrafilova həvalə olunub. Hələlik rəsmi qurumlar tərəfindən Vüqar Qurbanovun vəzifədən azad edilməsinin səbəbləri açıqlanmayıb. Qeyd edək ki, son aylarda TƏBİB-in fəaliyyəti, xüsusilə dövlət tibb müəssisələrində xidmət keyfiyyəti və pasiyent şikayətləri fonunda quruma qarşı ictimai narazılıqlar artmışdı.

Məsələ ilə bağlı əlavə məlumat veriləcəyi gözlənilir.

Seçilən
93
27
metbuat.az

10Mənbələr