AZ

“Azərbaycan C Liqasına qayıtmaq istəyəcək”

“Azərbaycanla oyunları səbirsizliklə gözləyirik”

Lixtenşteyn yığmasının baş məşqçisi Konrad Fünfstüx Millətlər Liqasının püşkünü dəyərləndirib.

Msport.az xəbər verir ki, sözügedən komanda D Liqasının 2-ci qrupunda Azərbaycan və Litvanın rəqibidir.

Mütəxəssis isə fikirlərində Azərbaycan millisi ilə keçirəcəkləri oyunlara da toxunub: “Litva və Azərbaycan C Liqasından düşən iki komandadır. Şübhəsiz ki, mümkün qədər tez C Liqasına qayıtmaq istəyəcəklər. Ona görə də motivasiyalı rəqiblər gözləyirəm. Biz bu mübarizəni qəbul edirik və maraqlı qarşılaşmaları səbirsizliklə gözləyirik”.

Qeyd edək ki, millimizlə Lixtenşteyn arasında oyunlar 1 oktyabr və 13 noyabr tarixlərində keçiriləcək.

Seçilən
91
msport.az

1Mənbələr