“Real”ın hücumçusu Vinisius Junior “Mançester Siti”nin transfer hədəfləri arasındadır.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı futbolçu Madrid klubuyla müqaviləsinin müddətini yeniləməkdən hələ də uzaqdır.
Futbolçu həftədə təxminən 350.000 avro qazanmaq istəyir və “Real” hazırda onun tələbini ödəmək istəmir. Vəziyyət belə davam edərsə, Vinisius yaxın gələcəkdə komandadan ayrılmağı düşünəcək.
“Mançester Siti” vəziyyəti diqqətlə izləyir və onun üçün sərfəli təklif verməyə hazırdır. Onun 2027-ci ildə azad agent kimi transferi də mümkündür.
Səudiyyə Ərəbistanı klubları da Vinisius üçün mübarizə aparırlar. Lakin ərəblər onu razı salmaq üçün daha səxavətli şərtlər təklif etməli olacaqlar.