AZ

Maykl Olise – Bundesliqada yanvarın ən yaxşı futbolçusu! – ARENA.AZ

“Bayern”in fransalı cinah hücumçusu Maykl Olise futbol üzrə Almaniya Bundesliqasında 2026-cı ilin yanvar ayının ən yaxşı oyunçusu seçilib.

Arena.az bu barədə Almaniya Bundesliqasının mətbuat xidmətinə istinadən məlimat verir.

Olise səsvermədə Miro Muhaym (“Hamburq”), Luka Vuşkoviç (“Hamburq”), Luis Dias (“Bayern”), Niko Şlotterbek (“Borussiya”, Dortmund) və Stefan Bell (“Maynts”) kimi futbolçuları qabaqlayıb.

Fransalı futbolçu ötən ay keçirdiyi 5 oyunda 3 qol vurub və 8 məhsuldar ötürmə edib.

Xatırladaq ki, Bundesliqanın cari mövsümündə avqust və noyabr aylarının da ən yaxşısı Olise seçilmişdi. Sentyabrda və dekabrda Münhen təmsilçisinin digər hücumçusu Harri Keyn fərqlənmişdi. Oktyabrda isə “Ayntraxt”ın mərkəz hücumçusu Yonatan Burkardt ən yaxşı elan edilmişdi.

“Bayern” Maykl Oliseni 2024-cü ilin iyul ayında İngiltərənin “Kristal Pelas” klubundan 53 milyon avro müqabilində heyətinə qatıb. 23 yaşlı futbolçunun Münhen klubu ilə 2029-cu ilin 30 iyununadək müqaviləsi var.

Olise “Bayern”in heyətində 89 oyuna çıxıb, 33 qol və 48 məhsuldar ötürmə müəllifi olub.

Olise daha öncə “Kristal Pelas” və “Ridinq” klublarının uğurları üçün çalışıb.

Fransanın U-18, U-21 və U-23 yığmalarında da oynamış futbolçu 2024-cü ilin sentyabr ayında əsas millidə debüt edib. O, Fransa millisinin heyətində 13 oyun keçirib, 4 qol vurub, 2 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 24 yaşlı hücumçunun transfer dəyərini 130 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
29
13
arena.az

10Mənbələr