AZ

Musa Qurbanlı Premyer Liqada 40-cı qolunu vurdu – ARENA.AZ

Azərbaycan Premyer Liqasının 20-ci turunun “İmişli” ilə oyunu “Qarabağ”ın hücumçusu Musa Qurbanlı üçün əlamətdar olub.

Arena.az xəbər verir ki, səfər oyununda “Qarabağ”ın qələbə topunu vurmuş Musa yubiley qoluna imza atıb.

23 yaşlı hücumçu Azərbaycan Premyer Liqasında 40-cı dəfə fərqlənib. Musa buna 97-ci oyununda nail olub. Forvard turnirin tarixində 40 və ya daha çox qol vurmuş futbolçuların siyahısına daxil olub. Junivan Suares, Ramil Şeydayev, Fernando Peres və Mehman Allahverdiyevə çatan Qurbanlı 65-69-cu yerləri bölüşür.

Premyer Liqada iki klubda çıxış etmiş hücumçu “Qarabağ”da 88 oyunda 39, “Zirə”də 9 matçda 1 dəfə fərqlənib.

Qeyd edək ki, Musa Qurbanlı 40-cı qolunu cari mövsümdə vurmuş ikinci futbolçudur. Ona qədər Coy-Lens Mikels (“Sabah”) buna nail olmuşdu.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
18
3
arena.az

10Mənbələr