AZ

Qadın alkoqolizmini aşkar etmək daha çətindir Narkoloq

ain.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

Qadınlarda alkoqol asılılığı kişilərlə müqayisədə daha gizli formada inkişaf edir.

Redaktor.az xəbər verir ki, bu barədə gazeta.ru-ya psixiatr-narkoloq, Ruslan İsayev məlumat verib.

Həkimin sözlərinə görə, qadınlar alkoqol istifadəsinə görə daha çox sosial qınaq və stiqmatizasiya ilə üzləşirlər. “İdeal ana”, “nümunəvi həyat yoldaşı” kimi ictimai gözləntilər problemi gizlətməyə və yayınma davranışına səbəb olur. Bu isə onların daha gec və ya ümumiyyətlə, mütəxəssisə müraciət etməməsi ilə nəticələnir. Nəticədə asılılıq daha da dərinləşir və gizli şəkildə inkişaf edir.

Mütəxəssis bildirib ki, qadın orqanizmində alkoqolun metabolizmi ilə bağlı müəyyən fizioloji xüsusiyyətlər mövcuddur. Qadınlarda etanolu parçalayan ferment alkoqoldehidrogenazın aktivliyi orta hesabla daha aşağıdır, yağ toxumasının faizi daha yüksək, orqanizmdə suyun miqdarı isə daha azdır. Bu səbəbdən eyni miqdarda qəbul edilən alkoqol qadınların qanında daha yüksək konsentrasiyada toplanır və orqanlara daha sürətli zərər vurur. Hormonal dəyişikliklər də asılılığın daha tez formalaşmasına təsir göstərə bilər.

İsayev qeyd edib ki, qadınlarda alkoqolizmin ilkin əlamətləri çox vaxt qeyri-spesifik olur və emosional pozuntular kimi özünü göstərə bilər. Tək halda içmək, gizli şəkildə alkoqol qəbul etmək, onu stress və ya yuxusuzluqla mübarizə vasitəsi kimi istifadə etmək əsas siqnallardandır. Eyni zamanda diqqətin azalması, unutqanlıq və açıq-aşkar nəticələrin inkarı kimi koqnitiv dəyişikliklər də müşahidə oluna bilər.

Həkim vurğulayıb ki, alkoqol istifadəsi ilə bağlı söhbət aparılarkən maksimal dərəcədə həssas yanaşma vacibdir. Təzyiq, ittiham və ultimatumlar əks təsir göstərərək problemi daha da dərinləşdirə bilər. Onun sözlərinə görə, diqqəti yalnız alkoqolun özünə deyil, onun hansı funksiyanı yerinə yetirdiyinə narahatlıq, yuxusuzluq, emosional tükənmişlik və ya depressiv əlamətlərə yönəltmək lazımdır. Erkən mərhələdə mütəxəssisə müraciət isə ağır fəsadların və sosial adaptasiya problemlərinin qarşısını almaqda mühüm rol oynayır.

Nuriyyə NATİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
49
1
redaktor.az

2Mənbələr