AZ

Pələng bir nəfəri parçaladı

Rusiyanın Primorsk vilayətində pələngin insana hücumu faciə ilə nəticələnib. Hadisə nəticəsində zərərçəkən şəxs həyatını itirib.

Azia.az bildirir ki, bu barədə Telegram-da yayımlanan Amur Mash kanalı məlumat yayıb.

Məlumata görə, insident Çuquyev rayonunda baş verib. Kişi cüt dırnaqlı heyvanlar üçün nəzərdə tutulmuş yemləmə sahəsinə qida apararkən vəhşi heyvanın hücumuna məruz qalıb. Hazırda hadisə yerində istintaqçılar və ov mütəxəssisləri çalışır. Pələngin tutulması istiqamətində tədbirlər görülür.

Xatırladaq ki, fevralın 8-də pələngin Xabarovsk vilayətinin Blagodatnoye kəndində göründüyü və müşahidə kamerasına düşdüyü bildirilmişdi.

Ötən ilin dekabr ayında isə Xabarovsk vilayətinin kəndlərindən birində pələngin avtomobil yolunda gəzdiyi müşahidə olunmuşdu. Sakinlər heyvanın artıq üç gündür ərazidə dolaşdığını və itlərə hücum etdiyini bildirərək narahatlıqlarını ifadə etmişdilər.

Mütəxəssislər qeyd edirlər ki, pələnglər bəzən xəsarət aldıqları və ya sərt şaxtalar zamanı, qar örtüyü qalınlaşdıqda ov tapmaq çətinləşdiyi üçün yaşayış məntəqələrinə yaxınlaşa bilirlər. Belə hallarda onlar daha asan şikar sayılan ev heyvanlarına, xüsusilə itlərə hücum edə bilirlər.

Ayaz 


Seçilən
101
azia.az

1Mənbələr