AZ

Rusiyalı deputatlar ABŞ-yə gedir

BAKI, 16 fevral. TELEQRAF

Rusiya Dövlət Dumasının dörd əsas fraksiyasını təmsil edən deputatlar danışıqlar üçün ABŞ-yə səfər edəcək. Nümayəndə heyətində ən çox təmsil olunan fraksiya “Vahid Rusiya” olacaq.

Teleqraf xəbər verir ki, “İzvestiya” qəzetinin məlumatına görə, bu barədə Dövlət Dumasının beynəlxalq işlər komitəsi sədrinin birinci müavini Aleksey Çepa bildirib.

Onun sözlərinə görə, Rusiya nümayəndə heyətinin tərkibi, o cümlədən heyət rəhbəri artıq təsdiqlənib.

Məqalədə qeyd olunur ki, görüş baş tutacağı təqdirdə müzakirə olunacaq mövzular sırasında həm Rusiya parlamentarilərinə, həm də amerikalı konqresmenlərə tətbiq olunan sanksiyaların ləğvi məsələsi də yer ala bilər.

Seçilən
15
1
teleqraf.com

4Mənbələr