AZ

"Stranger Things" serialının ulduzu sevgililər günündə evləndi

"Stranger Things" serialının ulduzu, Uma Turmanın qızı Maya Houk musiqiçi Kristian Li Hutsonla ailə qurub.

Publika.az "Page Six"ə istinadən xəbər verir ki, toy "Sevgililər günü"ndə Nyu-Yorkda baş tutub.

Toyda cütlüyün ailə üzvləri ilə yanaşı, həmkarları da iştirak edib.

Qeyd edək ki, Hutson və Houkun münasibətləri romantikaya çevrilməzdən əvvəl onlar dörd il dost olublar. 2023-cü ildə paparassilər onları ilk dəfə öpüşərkən görüntüləyiblər.

Seçilən
31
publika.az

1Mənbələr