"Stranger Things" serialının ulduzu, Uma Turmanın qızı Maya Houk musiqiçi Kristian Li Hutsonla ailə qurub.
Publika.az "Page Six"ə istinadən xəbər verir ki, toy "Sevgililər günü"ndə Nyu-Yorkda baş tutub.
Toyda cütlüyün ailə üzvləri ilə yanaşı, həmkarları da iştirak edib.
Qeyd edək ki, Hutson və Houkun münasibətləri romantikaya çevrilməzdən əvvəl onlar dörd il dost olublar. 2023-cü ildə paparassilər onları ilk dəfə öpüşərkən görüntüləyiblər.