Rusiya Dövlət Dumasının dörd əsas fraksiyasını təmsil edən deputatlar ABŞ-yə səfər edəcək.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “İzvestiya” qəzetinin məlumatında bildirilir.
Qeyd edilib ki, Dövlət Dumasının beynəlxalq işlər komitəsi sədrinin birinci müavini Aleksey Çepa Rusiya nümayəndə heyətinin tərkibi, o cümlədən heyət rəhbərinin təsdiqləndiyini deyib.
Nümayəndə heyətində ən çox təmsil olunan fraksiya “Vahid Rusiya” olacaq.