AZ

Nani Kriştiano Ronaldonun uşaqlığından danışdı

ain.az bildirir, sport24.az saytına əsaslanaraq.

"Sportinq" və "Mançester Yunayted"in keçmiş vingeri Nani Kriştiano Ronaldo ilə bağlı uşaqlıq xatirələrini bölüşüb. Sport24.az xəbər verir ki, o, bu barədə "FourFourTwo"ya açıqlama verib:

"Biz bir gün peşəkar futbolçu olmağı arzulayırdıq. Amma onu da başa düşürdük ki, buna nail olana qədər hər şey sadəcə bir xəyal olaraq qalır. Bir anda hər şey çox tez baş verdi - özümüzü sübut etmək üçün fürsət yarandı və biz ondan istifadə etdik. Gənc yaşımızda etdiyimiz fədakarlıq sonda həlledici rol oynadı.

Hətta uşaq ikən o, hamıdan fərqlənirdi. Kriştiano həmişə nə etmək istədiyini dəqiq bilirdi. O, futbolla yaşayırdı. Uduzsa və ya bir şey səhv getsəydi, göz yaşlarına boğulurdu. Bu, onun oyuna olan sədaqətindən və ona nə dərəcədə intensiv yanaşdığından xəbər verirdi".

Qeyd edək ki, 41 yaşlı Ronaldo hazırda Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun formasını geyinir. 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
37
sport24.az

1Mənbələr