AZ

ABŞ Ədliyyə Nazirliyi Epşteyn işi üzrə şəxslərin siyahısını Konqresə təqdim etdi

ABŞ Ədliyyə Nazirliyinin, ABŞ-da yetkinlik yaşına çatmayan qızlara qarşı fahişəlik şəbəkəsi yaratmaqda ittiham olunarkən həbsxanada ölü tapılan milyarder Jeffrey Epşteyn ilə bağlı sənədlərdə adı keçən şəxslərin siyahısını Konqresə təqdim etdiyi bildirilir.Metbuat.az xəbər verir ki, "The Hill" qəzetinin yaydığı məlumata görə, Ədliyyə Nazirliyi ABŞ Konqresinə Epşteyn işi ilə bağlı sənəd göndərib. Senat və Nümayəndələr Palatasının Ədliyyə Komitələrinin sədrlərinə təqdim olunan 6 səhifəlik sənəddə Epşteyn dosyalarında aparılan redaktə və senzuraların səbəbləri izah olunub.Politico nəşrinin müxbiri Josh Gerstein tərəfindən yayımlanan sənəddə ABŞ-ın sabiq prezidenti Bill Clinton, Microsoft-un həmtəsisçisi Bill Gates, Meta şirkətinin qurucusu və baş icraçı direktoru Mark Zuckerberg, ABŞ-ın vitse-prezidenti JD Vance, ABŞ dövlət katibi Marco Rubio və ABŞ prezidenti Donald Trump da daxil olmaqla Epşteyn sənədlərində adı keçən əsas fiqurların adlarına yer verildiyi qeyd olunub.Sənəddə adları çəkilən şəxslərin müxtəlif kontekstlərdə hallandığı, bəzilərinin Epşteyn və ya onun keçmiş sevgilisi və cinayət ortağı Ghislaine Maxwell ilə birbaşa əlaqədə olan şəxslərdən, digərlərinin isə yalnız media materiallarında adının çəkilməsinə qədər fərqli hallarda yer aldığı bildirilib.

Hansı şəxsin adının konkret olaraq hansı kontekstdə keçdiyi isə hələlik açıqlanmayıb.

Seçilən
69
metbuat.az

1Mənbələr