AZ

Rubio: İrana qarşı hərbi tədbirlər barədə qərar olarsa, Konqresi məlumatlandıracağıq

Apa.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

ABŞ Administrasiyası İrana qarşı hərbi güc tətbiqi barədə qərar qəbul ediləcəyi təqdirdə Konqresi məlumatlandıracaq.

APA xəbər verir ki, bunu ABŞ dövlət katibi və Prezidentin milli təhlükəsizlik üzrə müşaviri Marko Rubio Bratislavada Slovakiyanın baş naziri Robert Fitso ilə görüşünün yekunlarına dair birgə mətbuat konfransında bildirib.

“İndiyədək heç kim İranla uğurlu razılaşma əldə edə bilməyib, lakin biz cəhd edəcəyik. [ABŞ prezidentinin xüsusi nümayəndəsi] Stiven Uitkoff və [iş adamı] Cared Kuşner bir sıra mühüm görüşlərə yola düşürlər, bəlkə də artıq yoldadırlar və nəticələrin necə olacağını görəcəyik. Konqresin bu və ya digər qərarlar barədə məlumatlandırılması məsələsində biz həmişə müvafiq qanunlara riayət edəcəyik”, – deyə Rubio İrana qarşı mümkün hərbi güc tətbiqi ilə bağlı sualı cavablandırarkən bildirib.

Qeyd edək ki, İranın nüvə proqramı ətrafında böhranın nizamlanması ilə bağlı Tehran və Vaşinqton arasında danışıqların yeni mərhələsi fevralın 6-da Omanın paytaxtında keçirilib. İran nümayəndə heyətinə xarici işlər naziri Abbas Əraqçi, ABŞ nümayəndə heyətinə isə prezidentin xüsusi nümayəndəsi Stiven Uitkoff rəhbərlik edib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
7
1
apa.az

2Mənbələr