AZ

Nigeriyada terrorçular 32 mülki şəxsi qətlə yetiriblər

ain.az bildirir, Apa.az portalına istinadən.

Nigeriyanın qərbində silahlı şəxslər üç kəndə hücum edərək 32 yerli sakini öldürüblər.

APA xəbər verir ki, bu barədə “Arise TV” telekanalı polis nümayəndəsi Vasiu Abioduna istinadən məlumat yayıb.

Faciə ötən gecə Niger ştatında yerləşən Tuqan-Makeri, Konsoko və Pissa kəndlərində baş verib. Qurbanların dəqiq sayı hələ müəyyənləşdirilməyib, həmçinin naməlum istiqamətə aparılan girovların sayı da dəqiqləşdirilir.

Terror hücumunun “Boko Haram” qruplaşması tərəfindən həyata keçirildiyi ehtimal olunur.

Qeyd edək ki, fevralın 11-də Nigeriya Silahlı Qüvvələri “Boko Haram”a qarşı əməliyyata başladığını açıqlayıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
14
4
apa.az

9Mənbələr