Idman.biz saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
İngiltərənin "Çelsi" klubunun müdafiəçisi Mark Kukurelya ilə bağlı yeni müqavilə planı hazırlanır.
İdman.Biz xəbər verir ki, TEAMtalk nəşrinin məlumatına görə, London təmsilçisi 2028-ci ilin yayında başa çatacaq sözləşməni uzatmaq üçün futbolçu ilə danışıqlara hazırdır.
Mənbə bildirir ki, 27 yaşlı oyunçu da müzakirələrə açıqdır və son transfer pəncərələrində ona maraq göstərən "Barselona"ya qayıtmaq barədə düşünmür.
Qeyd olunur ki, yeni müqavilə ilə bağlı danışıq 2026-cı il Dünya Çempionatı başlamazdan əvvəl baş tuta bilər. Hazırda Kukurelya komandada toxunulmaz statusuna malik futbolçulardan biri sayılır.
Müdafiəçi bu mövsüm bütün turnirlərdə 35 matça çıxıb, bir qol vurub və üç məhsuldar ötürmə edib. Onun "Çelsi" ilə hazırkı müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir. "Transfermarkt" portalının məlumatına görə, futbolçunun bazar dəyəri 50 milyon avrodur (100 milyon AZN).
İdman.Biz
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.