AZ

ABŞ Ədliyyə Nazirliyi Epşteyn sənədlərində adı keçən şəxslərin siyahısını Konqresə təqdim edib

ABŞ Ədliyyə Nazirliyi Epşteyn sənədlərində adı keçən şəxslərin siyahısını Konqresə təqdim edib

ABŞ Ədliyyə Nazirliyinin yetkinlik yaşına çatmayan qızlara qarşı fahişəlik şəbəkəsi qurmaq ittihamı ilə mühakimə olunduğu vaxt həbsxanada ölü tapılan milyarder Ceffri Epşteyn ilə bağlı sənədlərdə Prezident Donald Tramp da daxil olmaqla, adı keçən şəxslərin siyahısını Konqresə göndərdiyi bildirilir.

"The Hill" qəzetinin məlumatına görə, Ədliyyə Nazirliyi ABŞ Konqresinə Epşteyn dosyaları ilə bağlı rəsmi sənəd ünvanlayıb. Senat və Nümayəndələr Palatasının Ədliyyə komitələrinin rəhbərlərinə göndərilən 6 səhifəlik sənəddə Epşteyn sənədlərində edilən düzəlişlərin və senzuraların səbəbləri izah edilib.

"Politico" müxbiri Coş Qerşteyn tərəfindən paylaşılan sənəddə aşağıdakı nüfuzlu şəxslərin adları yer alıb:

Bill Klinton – ABŞ-ın keçmiş prezidenti;Donald Tramp – ABŞ Prezidenti;Bill Qeyts – "Microsoft"un həmtəsisçisi və keçmiş CEO-su;Mark Zukerberq – "Meta"nın qurucusu və CEO-su;JD Vance – ABŞ Vitse-prezidenti;Marko Rubio – ABŞ Dövlət Katibi.

Sənəddəki adların fərqli statuslarda yer aldığı vurğulanır. Birbaşa əlaqə kateqoriyasına Epşteyn və ya onun cinayət ortağı Gisleyn Maksvell ilə birbaşa ünsiyyətdə olanlar daxildir. Vasitəli adlar isə Epşteyn və ya Maksvell ilə heç bir təması olmayıb, yalnız media hesabatlarında adları hallanan şəxslərdir.

Hazırda konkret olaraq hansı şəxsin adının hansı kontekstdə (şahid, şübhəli və ya sadəcə adı çəkilən şəxs kimi) qeyd olunduğu tam məlum deyil.

Seçilən
90
afn.az

1Mənbələr