AZ

Adları bir bir paylaşdılar! Əgər bu siyahı doğrudursa, vay dünyanın halına!

Turkstan.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

ABŞ Ədliyyə Nazirliyinin Ceffri Epşteynlə bağlı sənədlərdə adı keçən “siyasi cəhətdən nüfuzlu şəxslər”in siyahısını açıqlaması beynəlxalq mediada geniş rezonans doğurub.

Turkustan.az xəbər verir ki, adların sənədlərdə hansı kontekstdə və nə səbəbdən yer aldığının izah edilməməsi müxtəlif fərziyyə və tənqidlərə yol açıb.

Konqresə göndərilən altı səhifəlik məktubda Ədliyyə Nazirliyi Epşteyn materiallarında adı çəkilən bütün “dövlət məmurları və siyasi cəhətdən nüfuzlu şəxslər”in siyahısının tərtib edildiyini bildirib. Lakin sənəddə adların konkret olaraq hansı çərçivədə hallandığı açıqlanmır. Əksinə, qeyd olunur ki, bu adlar müxtəlif yazışmalarda, media hesabatlarında və ya digər kommunikasiya materiallarında keçə bilər. Siyahıda illər əvvəl vəfat etmiş şəxslərin də yer alması bu yanaşmaya dair tənqidləri daha da artırıb.

New York Post qəzetinin məlumatına görə, siyahıda uzun illər əvvəl vəfat etmiş məşhur simalar — Maykl Cekson, Merilin Monro və Elvis Presli — eləcə də ABŞ-ın keçmiş prezidentləri Bill Klinton və Donald Tramp kimi siyasətçilər yer alır.

Məlumatda vurğulanır ki, adı çəkilən şəxslərin Epşteynlə birbaşa əlaqəsi təsdiqlənmir; onların adları yalnız istintaq sənədlərində müəyyən qeydlər çərçivəsində hallanır.

Aytən Yaşar/ Turkustan.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
33
icma.az

1Mənbələr