AZ

İstanbulda 7 baldan yüksək zəlzələ olacaq? - VACİB AÇIQLAMA

İstanbulda zəlzələ riski ilə bağlı mübahisələr yenidən alovlanıb.

Turkustan.az xəbər verir ki, ötən il 23 apreldə baş verən 6,2 bal gücündə zəlzələdən sonra professor Şener Üşümezsoy İstanbul üçün böyük zəlzələ riskinin artıq aradan qalxdığını bildirib.

Onun sözlərinə görə, xüsusilə Adalar seqmenti ilə bağlı ictimaiyyətdə formalaşmış qorxu əsassızdır. Üşümezsoy iddia edib ki, Adalar qırılma xətti “ölü qırılmadır” və burada 7 və daha yüksək bal gücündə zəlzələ baş verməsi üçün kifayət qədər enerji və ya stress toplanmayıb. O vurğulayıb ki, bu fakt elmi baxımdan qəbul edilməlidir.

Professor əlavə edib ki, bütövlükdə İstanbuldan fərqli olaraq, Silivri ilə Kumburqaz arasındakı qırılma xəttində zəlzələ gözlənilir. Onun sözlərinə görə, risk əsasən həmin seqmentdə cəmləşir.

Üşümezsoy həmçinin 1999-cu il zəlzələsindən sonra bələdiyyələrin “böyük zəlzələ olacaq” arqumenti ilə beynəlxalq təşkilatlardan vəsait əldə etdiyini, lakin bu resursların zəlzələyə hazırlıq istiqamətində yetərincə səmərəli istifadə olunmadığını iddia edib.

Alim qeyd edib ki, zəlzələyə davamlı binaların inşası tikinti mütəxəssislərinin işi, qırılma xətlərinin düzgün şərhi isə elmin vəzifəsidir və dövlət siyasəti yanlış qırılma modelləri əsasında qurula bilməz./yenisabah.az/

Seçilən
10
3
turkustan.az

4Mənbələr