AZ

Misli Premyer Liqası: “Kəpəz” “Neftçi”ni, “Araz-Naxçıvan” “Sumqayıt”ı qəbul edəcək

Bakı, 15 fevral, AZƏRTAC

Bu gün futbol üzrə Misli Premyer Liqasında XX turun növbəti iki oyunu keçiriləcək.

AZƏRTAC xəbər verir ki, ikinci oyun günündə “Kəpəz” “Neftçi”ni qəbul edəcək. Hazırda Gəncə klubu turnir cədvəlində 11-ci, “ağ-qaralar” isə 7-ci yerdədir.

Günün ikinci matçında “Araz-Naxçıvan” “Sumqayıt”ı qəbul edəcək. Naxçıvan klubu turnir cədvəlində 6-cı, Sumqayıt təmsilçisi isə 5-ci yerdə qərarlaşıb.

Oyunlarla bağlı məlumatları təqdim edirik:

 

15 fevral

“Kəpəz” – “Neftçi”

Hakimlər: Əli Əliyev, Zeynal Zeynalov, Gülnurə Əkbərzadə, Namiq Bəkirov

VAR: İnqilab Məmmədov

AVAR: Namiq Hüseynov

Hakim-inspektor: Asim Xudiyev

AFFA nümayəndəsi: Erkin Hüseynov

Yevlax şəhər stadionu, 14:30

“Araz-Naxçıvan” – “Sumqayıt”

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamran Əliyev

VAR: Nicat İsmayıllı

AVAR: Zöhrab Abbasov

Hakim-inspektor: Ömər Paşayev

AFFA nümayəndəsi: Zümrüd Ağayeva

"Liv Bona Dea Arena", 17:00.

Qeyd edək ki, XX turun digər oyunları fevralın 16-da keçiriləcək.

Seçilən
34
6
azertag.az

10Mənbələr