Axsham.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Təxminən bir illik rəsmi məhkəmə proseslərindən sonra Cessika Alba və keçmiş əri, prodüser Keş Uorren boşanıb.
Axşam.az xəbər verir ki, 2008-ci ildə nikahdankənar razılaşma olmadan evlənən cütlük üç övladı Honor (17), Heyven (14) və Heynsə (8) birlikd valideynlik etmə razılığına gəliblər. Onlar qaliment ödənişindən imtina ediblər.
Əmlaklarına gəldikdə isə, Uorren 2017-ci ildə aldıqları 10 milyon dollarlıq Beverli Hills malikanəsi də daxil olmaqla 3 milyon dollar alacaq. Məbləğ iki vergisiz ödəniş şəklində ödəniləcək: biri dərhal, digəri isə bir il sonra. Qalan hər şey Cessikaya qalacaq və o da qızlıq soyadına qayıdacaq.
Xatırladaq ki, Cessika 2025-ci ilin yanvarında Keşdən ayrıldığını elan edərək, şəxsi və emosional özünü kəşf etdiyini vurğulayıb. O vaxtdan bəri hər ikisi yeni münasibətlərə başlayıb: Uorren 25 yaşlı model Hana Sun Doerr ilə, Alba isə "Top Gun: Maverick" və "Captain America: Brave New World" filmlərindəki rolları ilə tanınan 33 yaşlı aktyor Denni Ramirez ilə görüşür.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.