"Birinci qızım çıxır, mən isə ondan sonra səhnəyə çıxıram. Gözəl duyğudur. Mən qızımı ancaq sevənlərimə etibar edə bilərdim. Qızıma çox qarışmıram. Mənim azadlığımı vaxtilə çox əlimdən alıblar. Ona görə də istəyirəm o, azad olsun. Nə addım atmaq istəyərsə, dəstək olacağam".
"Cebheinfo.az" xəbər verir ki, bu sözləri Xalq artisti Aygün Kazımova deyib. Qızı İlqarə Kazımova ilə eyni səhnəni bölüşən Pop kraliça onun bağlı sualları cavablandırıb.
"Büdrəyərsə, hər zaman arxasındayam. Anası necə büdrəyə-büdrəyə gəlib Xalq artisti olub... Həyatda büdrəyən və dərs götürən insan uğur qazanacaq. Balamla arzularım daha çox səhnə ilə bağlıdır. İlqarə mənim həyatımın duetirdir. Hamı ilə nəsə alınır, amma qızımla mahnı seçmək çətindir". (Axşam.az)
https://www.instagram.com/reel/DUu8ySxgGA2/?utm_source=ig_web_copy_link
"Cebheinfo.az"