AZ

"Azadlığımı əlimdən aldılar, qızıma bunu etmərəm" - VİDEO

"Birinci qızım çıxır, mən isə ondan sonra səhnəyə çıxıram. Gözəl duyğudur. Mən qızımı ancaq sevənlərimə etibar edə bilərdim. Qızıma çox qarışmıram. Mənim azadlığımı vaxtilə çox əlimdən alıblar. Ona görə də istəyirəm o, azad olsun. Nə addım atmaq istəyərsə, dəstək olacağam".

Bu sözləri Xalq artisti Aygün Kazımova deyib.
Qızı İlqarə Kazımova ilə eyni səhnəni bölüşən Pop kraliça onunla bağlı sualları cavablandırıb:
"Büdrəyərsə, hər zaman arxasındayam. Anası necə büdrəyə-büdrəyə gəlib Xalq artisti olub... Həyatda büdrəyən və dərs götürən insan uğur qazanacaq. Balamla arzularım daha çox səhnə ilə bağlıdır. İlqarə mənim həyatımın duetidir. Hamı ilə nəsə alınır, amma qızımla mahnı seçmək çətindir".  (Axşam.az)

Seçilən
11
2
yenilik.az

3Mənbələr