ain.az, Footbal-plus portalına istinadən məlumat yayır.
İspaniya kubokunda yarımfinal mərhələsinin ilk oyunları sona çatıb."Football-plus.az" xəbər verir ki, ikinci oyun günündə “Atletiko” öz meydanında “Barselona”nı 4:0 hesabıyla darmadağın edib. “Barselona” 37 il sonra ilk dəfə “Atletiko”ya 4 top fərqi ilə uduzub. Komandanın baş məşqçisi Hans-Diter Flik isə karyerasında ən böyük məğlubiyyətini yaşayıb. Alman mütəxəssis peşəkar məşqçilik fəaliyyətində son 21 ildə 4 və ya daha çox top fərqi ilə uduzmamışdı. O, sonuncu dəfə belə nəticəni Almaniya çempionatının 4-cü divizionunda çalışdığı dövrdə yaşamışdı.İspaniya kubokunun yarımfinalın cavab oyunu martın 3-də Barselonada keçiriləcək.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.