AZ

Flik belə müsibət görməmişdi…

İspaniya kubokunda yarımfinal mərhələsinin ilk oyunları sona çatıb.

"Football-plus.az" xəbər verir ki, ikinci oyun günündə “Atletiko” öz meydanında “Barselona”nı 4:0 hesabıyla darmadağın edib. “Barselona” 37 il sonra ilk dəfə “Atletiko”ya 4 top fərqi ilə uduzub.

Komandanın baş məşqçisi Hans-Diter Flik isə karyerasında ən böyük məğlubiyyətini yaşayıb. Alman mütəxəssis peşəkar məşqçilik fəaliyyətində son 21 ildə 4 və ya daha çox top fərqi ilə uduzmamışdı. O, sonuncu dəfə belə nəticəni Almaniya çempionatının 4-cü divizionunda çalışdığı dövrdə yaşamışdı.

İspaniya kubokunun yarımfinalın cavab oyunu martın 3-də Barselonada keçiriləcək.

Seçilən
18
1
football-plus.az

2Mənbələr