AZ

“Qarabağ”ın rəqibi “Nyukasl”da ciddi itki

UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olan “Nyukasl” ciddi itki ilə üzləşib.

İdmanxeber.az-ın məlumatına görə, İngiltərə klubunun yarımmüdafiəçisi Bruno Gimarayeş zədə səbəbindən təxminən iki ay yaşıl meydanlardan uzaq qalacaq.

Braziliyalı futbolçu Premyer Liqanın 26-cı turunda “Tottenhem”lə keçirilən görüşdə (2:1) sol bud nahiyəsindən xəsarət alıb. Müayinələrdən sonra onun uzun müddət komandasına kömək edə bilməyəcəyi dəqiqləşib.

Gimarayeş bu mövsüm bütün turnirlərdə 35 oyunda 9 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

“Qarabağ” – “Nyukasl” matçı fevralın 18-də Bakıda, cavab görüşü isə fevralın 24-dən 25-nə keçən gecə İngiltərədə keçiriləcək.

Seçilən
20
idmanxeber.az

1Mənbələr