AZ

Azərbaycanda klub sponsoru ilə əməkdaşlığı dayandırdı

“Son günlər “Şəki PFK”nın sosial media hesablarında bəzi futbolçularla yolların ayırması ilə bağlı paylaşımlar fonunda ictimaiyyət arasında müxtəlif mülahizələr və suallar formalaşıb.

Bu səbəbdən ictimaiyyətə məlumat verməyi zəruri hesab edirik”.

Sportinfo.az xəbər verir ki, II Liqada çıxış edən klub bu barədə məlumat yayıb.

Bildirilib ki, “Şəki PFK”nın sponsoru olan şirkət tərəfindən təyin edilən idarəçilərin fəaliyyəti ilə bağlı aralarında yaranmış anlaşılmazlıq və bütün bunların klubun maraqlarına zidd olduğunu nəzərə alaraq həmin şəxslərlə əməkdaşlığa xitam verilib.

“Həmçinin, sponsorun klub qarşısında öhdəliklərini yerinə yetirməsi ilə bağlı müvafiq addımlar atılıb.

Cari mövsümün ikinci dövrəsindən etibarən komandanın ev oyunlarını Şəki şəhərində keçirməsi və daha dayanıqlı idarəetmə modeli tətbiq olunması planlanır. İctimaiyyətə əlavə məlumat veriləcək”, - məlumatda bildirilir.

Seçilən
43
sportinfo.az

1Mənbələr