AZ

29 yaşlı qadınlara şok xəbərdarlıq yollanır KONKRET

ain.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Fransa hakimiyyəti ölkədə doğum səviyyəsinin kəskin enməsi fonunda yeni sosial təşəbbüsə başlayıb — bütün 29 yaşlı qadınlara xüsusi məktublar göndəriləcək.

Məktublarda qadınlara “bioloji saat” anlayışı xatırladılacaq və yaş artdıqca fertilitenin (hamilə qalma qabiliyyətinin) necə zəiflədiyi izah ediləcək.

Statistikaya görə, hazırda Fransada hər səkkiz cütlükdən biri uşaq sahibi olmaqda çətinlik yaşayır.

Seçilən yaş həddi təsadüfi deyil: 29-37 yaş aralığında qadınlar artıq tibbi göstəriş olmadan dövlət sığortası hesabına yumurta hüceyrəsini dondura bilirlər.

Eyni məktublar 29 yaşlı kişilərə də göndəriləcək. Onlar üçün məlumatlar əsasən kontrasepsiya və cinsi sağlamlıq mövzularını əhatə edəcək.

Fransanın səhiyyə naziri Stefanie Rist bildirib ki, məqsəd insanlara nə vaxt uşaq sahibi olmağı diktə etmək deyil:

“İstəyirik ki, insanlar sonradan ‘kaş bunu əvvəl biləydim’ deməsinlər”.

Təşəbbüsün əsas səbəbi ölkədə demoqrafik geriləmədir. Fransada doğum göstəricisi bir qadına 1,56 uşaq səviyyəsinə düşüb — bu isə 1918-ci ildən bəri ən aşağı göstərici hesab olunur.//Musavat.com

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
105
2
konkret.az

3Mənbələr