AZ

Çin XİN: Pekin Ukrayna böhranının tezliklə siyasi həllində konstruktiv rol oynayacaq

Çinin xarici işlər naziri Vanq İ Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ukraynanın xarici işlər naziri Andrey Sibiqa ilə görüşüb.

APA xəbər verir ki bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian bildirib.

Sözçü qeyd edib ki, Çin Ukrayna ilə ənənəvi dostluğu yüksək qiymətləndirir və müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığı inkişaf etdirməyə davam edir.

Qeyd olunub ki, ötən il Çin Ukraynanın ən böyük ticarət tərəfdaşı və ən böyük idxal mənbəyi olaraq qalıb.

Onun sözlərinə görə, Çin Ukraynaya yeni humanitar yardım göstərməyə hazırdır.

“Çin Ukrayna ilə əlaqə saxlayacaq və beynəlxalq ictimaiyyətlə birlikdə çalışaraq Ukrayna böhranının tezliklə siyasi həllində konstruktiv rol oynayacaq”, - Çin rəsmisi qeyd edib.

Seçilən
22
2
apa.az

3Mənbələr