ABŞ-nin Silahlı Qüvvələri İrana qarşı mümkün uzunmüddətli, bir neçə həftəlik hərbi əməliyyata hazırlaşır.
"Report"un məlumatına görə, bu barədə "Reuters" ABŞ-nin adı açıqlanmayan iki rəsmisinə istinadən xəbər verib.
Onların sözlərinə görə, artıq 2025-ci ilin iyun ayında həyata keçirilən əməliyyatdan daha mürəkkəb əməliyyat üçün planlar hazırlanıb. Xüsusən zərbələr yalnız İslam Respublikasının nüvə infrastrukturunu deyil, həm də hökumət qurumlarını və təhlükəsizlik orqanlarını hədəf ala bilər.
Agentlik qeyd edib ki, Vaşinqton bununla yanaşı İrandan cavab hücumları gözləyir ki, bu da regional münaqişə riskini artıra bilər.