AZ

Parisdə jandarmalara bıçaqlı hücum baş verdi

Bakı. Trend:

Parisdə Zəfər Tağı yaxınlığında baş verən insident zamanı birkişi güllə yarası alıb. O, Naməlum əsgərin məzarı üzərində alovunyenilənməsi mərasimi zamanı xidmət aparan jandarmalara bıçaqlahücum edib. Bu barədə Fransanın daxili işlər naziri Laurent Nunezməlumat verib.

Trend xəbər verir ki, hadisəyerli vaxtla saat 18:00 radələrində qeydə alınıb. Mərasim üçünərazidə növbə çəkən jandarmalara bıçaqla hücuma keçən şəxsə qarşıdərhal cavab atəşi açılıb. Güllə yarası alan şəxs yolun hərəkəthissəsinə yıxılıb. Nazir bildirib ki, onun vəziyyəti “çoxağırdır”.

Hadisədən dərhal sonra prokurorluq faktı icraata götürüb.

Məlumata görə, jandarmlara hücum edən 47 yaşlı şəxs 2012-ci ildəBelçikada iki polis əməkdaşına bıçaqla hücum etdiyinə görə məhkumolunmuşdu.

Hadisə ilə bağlı genişmiqyaslı istintaq aparılır. Təhlükəsizlikqüvvələri ərazidə nəzarəti gücləndirib.

Seçilən
12
3
az.trend.az

4Mənbələr