Parisdə Zəfər Tağı yaxınlığında insident baş verib.
Publika.az xəbər verir ki, hadisə zamanı bir kişi güllə yarası alıb. O, əsgər məzarı üzərində alovun yenilənməsi mərasimi zamanı xidmət aparan jandarmlara bıçaqla hücum edib.
Fransanın daxili işlər naziri Laurent Nunez bildirib ki, hadisə fevralın 13-də yerli vaxtla saat 18:00 radələrində qeydə alınıb. Mərasim üçün ərazidə növbə çəkən jandarmlara bıçaqla hücuma keçən şəxsə qarşı dərhal cavab atəşi açılıb. Güllə yarası alan şəxs yolun hərəkət hissəsinə yıxılıb. Onun vəziyyəti çox ağırdır.
Jandarmlara hücum edən 47 yaşlı şəxs 2012-ci ildə Belçikada iki polis əməkdaşına bıçaqla hücum etdiyinə görə məhkum olunub.