Ağdaşda Vətən müharibəsi qazisi özünə çoxsaylı bədən xəsarətləri yetirib.
Bakıvaxtı.az-ın "Unikal"a istinadən məlumatına görə, hadisə Abad kəndində baş verib. Vətən müharibəsi qazisi, 1991-ci il təvəllüdlü rayon sakini Musayev Tarzan Pənah oğlu əsəbi halda kəsici alətlə əl-qol və digər nayihələrini doğrayaraq özünə çoxsaylı bədən xəsarətləri yetirib. O, yaralı halda xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.